Filip Kirkorovun oğlu “Barselona”dan “MOİK”a keçdi – FOTO

Filip Kirkorovun oğlu “Barselona”dan “MOİK”a keçdi – FOTO

Filip Kirkorovun 7 yaşlı oğlu Martin "Barselona”nın Moskva akademiyasından paytaxtın "MOİK” klubunun məktəbinə keçdi.

Sport24 xəbər verir ki, bunu futbol agenti Dmitri Selük bildirib.

Onun sözlərinə görə, akademiyanı dəyişməyi Kirkorova o məsləhət görüb.

"Biz Filiplə uzun illərdi dostuq. Uşaqlarımız da dostluq edir. Onun oğlu Martin futbola aşıqdir və başqa heç nəyi düşünmək istəmir. Mən Filipə başa saldım ki, "MOİK” ciddi klubdur və burada uşağı həm yaxşı futbolçu həm də əsl kişi kimi tərbiyə edəcəklər”, - deyə mütəxəssis bildirib.

Yeni klubda uşağın məşqçisi məktəbin direktoru, keçmiş futbolçu Oleq Karnauxov olacaq.

 

 

7News.Az

Xəbər lenti