Filippin polisi Senat binasında baş verən atışmada şübhəli bilinən şəxsi saxlayıb.
Bu barədə "ABS-CBN News" məlumat yayıb.
"Cənub Rayon Polisi cümə axşamı Senatdakı atışmada şübhəlinin müəyyən edildiyini və saxlanıldığını açıqlayıb", - deyə məlumatda bildirilir.
Onun kimliyi açıqlanmayıb.
Qeyd edək ki, ötən gün Konqresin Senat binasında silahlı insident baş verib. Buna yüksəkvəzifəli senatorun həbsi səbəb olub.








