RU
“Gənclərin İnkişafına Dəstək” İctimai birliyi  “Gənclərin dini radikallıq və ekstremizmə qarşı mübarizədə rolunun artırılması” adlı layihəsinin icrasını davam etdirir
18:09
1641

“Gənclərin İnkişafına Dəstək” İctimai birliyi “Gənclərin dini radikallıq və ekstremizmə qarşı mübarizədə rolunun artırılması” adlı layihəsinin icrasını davam etdirir

“Gənclərin İnkişafına Dəstək” İctimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə 8-ci qrant müsabiqəsi çərçivəsində A kateqoriyası üzrə “Gənclərin dini radikallıq və ekstremizmə qarşı mübarizədə rolunun artırılması” adlı layihəsinin icrasını davam etdirir.

Layihə çərçivəsində Lənkəran, Masallı, Astara, Yardımlı və Lerik rayonlarında gənclərin dini radikallıq və ekstremizmin təhlükələri haqqında maarifləndirmək üçün seminarlar və sonda Lənkəran şəhərində yekun konfransın keçirilməsi nəzərdə tutulur. Seminar iştirakçılarına müasir dövrdə dini maarifçilik ideyalarının əhəmiyyəti vurğulanacaq və din pərdəsi altında aqressivlik, radikallıq və terror hallarının ifşa olunması məqsədilə dövlət, ictimaiyyət, elm və din xadimlərinin bu sahədə əməkdaşlıq edərək birgə səylərinin artırılmasına və bu kimi faktların qarşısının alınması üçün gənclərin daha fəal olmalarının zəruriliyi qeyd ediləcəkdir.

Layihə çərçivəsində “Multikulturalizm, dinlərarası dialoqun, tolerant mühitin vacibliyi və bu proseslərdə Azərbaycanın rolu” mövzusunda 16 İyul 2016 – cı il tarixində Masallı şəhərində növbəti seminar keçirmişdir. Tədbirdə 16-29 yaş arası fəal gənclərlə yanaşı, Masallı Rayon Gənclər və İdman İdarəsinin rəhbəri Camal Muradov, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə rəhbəri Miryəhya Bədirov və nümayəndəsi Kamil Bağırov, Masallı şəhər icra hakimiyyətinin nümayəndəsi Nazim Muradov, Rayon Təhsil şöbəsinin metodisti Əyyar Burhanov, Masallı rayon Dini İcmanın rəhbəri, rayon ağsaqqalları və ziyalıları da iştirak etmişlər.

Seminar Gənclərin İnkişafına Dəstək ictimai birliyinin rəhbəri Murad İbrahimov tərəfindən açıq elan edilmiş və torpaqlarımızın bütövlüyü uğrunda şəhid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra təlimçi t.e.n. Mobil Pencəliyev “Multikulturalizm, dinlərarası dialoqun, tolerant mühitin vacibliyi və bu proseslərdə Azərbaycanın rolu” mövzusunda çıxış edərək Azərbaycanın əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmasından və eləcə də mültikultural dəyərlərə sahib ölkə olaraq dünyaya bir nümunə olmasından bəhs etmişdir.

Tədbirdə Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı rayonu üzrə rəhbəri Miryəhya Bədirov və nümayəndəsi Kamil Bağırov, Rayon Təhsil şöbəsinin metodisti Əyyar Burhanov, Masallı rayon Dini İcmanın rəhbəri və digər rayon ziyalıları çıxış edərək Azərbaycanın multikultural dəyərlərə sahib ölkə olduğundan söhbət açaraq insanların dini inanclarından istifadə etməklə onları radikallığa və ekstremizmə sövq etmək kimi mənfi halların yolverilməz olduğunu bildirmişlər. Onlar gənclərin dovlətə, millətinə layiqli vətəndaş olmalarını tövsiyyə etməklə onların vətənpərvərlik ruhunda böyümələrinin vacibliyindən bəhs etmişlər.

Tədbirin sonunda iştirakçılara sertifikatlar tədqim olunmuş və xatirə şəkili çəkilmişdir.

Hörmətlə,

“Gənclərin İnkişafına Dəstək” İctimai birliyinin sədri

İbrahimov Murad Möhübbət oğlu

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ