7News.az xəbər verir ki, hantavirus epidemiyası yaşayan Hollandiya bayrağı altında üzən MV Hondius sərnişin gəmisi son sərnişinlər təxliyə edildikdən sonra İspaniya ərazisi olan Kanar adalarını tərk edib. Təxliyə edilən bütün sərnişinlərin Tenerifedən yola düşməsindən sonra İspaniya səlahiyyətliləri evakuasiya edilənlərin yerləşdiyi ərazilərdə hərtərəfli dezinfeksiya əməliyyatına başlayıb.








