"İkardinin arvadmla evlənməsi artıq məni narahat etmir" - Maksi Lopes

İtaliya B Seriyasında çıxış edən Maksi Lopes keçmiş həyat yoldaşı Vanda Naranın PSJ-də çıxış edən Mauro İkardi ilə evlənməsi barədə danışıb.

7News.Az sportal.az-a istinadən xəbər verir ki, 35 yaşlı futbolçu İkardi ilə probleminin olmadığını deyib:

"Bu məsələ artıq keçmişdə qalıb. Buna görə artıq narahat olmuram. İkardi ilə də problemim yoxdur. Həyatdakı məqsədim futboldan başqa, övladlarıma xoşbəxtlik bəxş etməkdir. Yeganə istəyim budur, vəssalam. Hər şey geridə qaldı. O hadisələrdən xeyli zaman keçdi. Bu mövzunu çoxdan bağlamışam. Heç məni narahat da eləmir".

Vanda Nara Argentina millisinin keçmiş üzvü Maksi Lopesin həyat yoldaşı olub. Nara Lopeslə evli ola-ola Mauro İkardi ilə eşq həyatı yaşayıb və sonra ailə həyatı qurmuşdu.

 

7News.Az

Xəbər lenti