lombard

İlham Zəkiyev mahnı ifa edib virusa meydan oxudu - VİDEO

İlham Zəkiyev mahnı ifa edib virusa meydan oxudu - VİDEO

Paracüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyev "Virusa meydan oxuyaq” kampaniyasına qoşulub.

7News.Az xəbər verir ki, həmçinin Milli Paralimpiya Komitəsinin vitse-prezidenti olan İlham Zəkiyev "Qal, sənə qurban” mahnısını oxuyaraq estafeti Əməkdar artist Coşqun Rəhimova ötürüb.

Qeyd edək ki, ilk olaraq bu kampaniyanı İctimai televiziya başladıb. "Xəbərlər” proqramının aparıcısı Jalə Həsənli Tünzalə Ağayevanın repertuarından "Bu gün hər şey yaxşı olacaq” mahnısını səsləndirib və estafeti digər dörd həmkarına ötürüb.

7News.Az

Xəbər lenti