RU
IMF Azərbaycanın cari hesab balansının profisiti üzrə proqnozunu kəskin artırıb
21:00
52

IMF Azərbaycanın cari hesab balansının profisiti üzrə proqnozunu kəskin artırıb

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda cari hesab balansı üzrə profisitinin ümumi daxili məhsuluna (ÜDM) nisbətini 31,7 % səviyyəsində olacağını proqnozlaşdırır.

7NEWS.Az xəbər verir ki, bu barədə IMF-nin "Dünya İqtisadi Görünüşü” hesabatının oktyabr sayında bildirilib.

Sənədə əsasən, bu, qurumun iyul ayı proqnozu ilə müqayisədə 7,1 faiz bəndi çoxdur.

IMF gələn il Azərbaycanda cari hesab balansı üzrə profisitinin ÜDM-yə nisbətini 31,4 % olmasını gözləyir ki, bu da, əvvəlki proqnozla müqayisədə 9,8 fazi bəndi çoxdur.

2027-ci ildə isə IMF Azərbaycanda cari hesab balansı üzrə profisitinin ÜDM nisbətini 9,6 %-ə enəcəyini bildirir. Bu da, iyul proqnozu ilə müqayisədə 0,5 faiz bəndi çoxdur.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ