RU
İndoneziyada Anak-Krakatau vulkanı yaxınlığında beş jurnalist itkin düşüb
13:40
20

İndoneziyada Anak-Krakatau vulkanı yaxınlığında beş jurnalist itkin düşüb

İndoneziyanın Anak-Krakatau vulkanı yaxınlığında beş jurnalist və iki naməlum şəxs itkin düşüb.

Bu barədə sentyabrın 9-da "Antara" agentliyi məlumat yayıb. Bildirilib ki, sentyabrın 7-də reportyorların olduğu sürətli kater Banten əyalətindəki Pagedongan limanından yola düşüb. Mətbuat işçilərinin məqsədi vulkanla bağlı reportaj hazırlamaq olub, lakin sonradan onlarla əlaqə kəsilib.

"Sürətli katerin göyərtəsində cəmi yeddi nəfər olub. Onların arasında "ANTARA" informasiya agentliyinin fotojurnalisti M.Baqus Xoyrunnas, "Merdeka"dan Ari Basuki, "iNews"dan Yudhis, "Anadolu"dan Daus, frilanser jurnalist Donal və şəxsiyyəti hələlik məlum olmayan daha iki nəfər var", - deyə məlumatda vurğulanıb.

Agentlik bildirir ki, axtarışların ilk mərhələsi heç bir nəticə verməyib. Bununla yanaşı, davam edən vulkan püskürməsi xilasetmə əməliyyatlarının aparılmasına ciddi əngəl yaradır.

Qeyd edək ki, sentyabrın 6-da Anak-Krakatau vulkanının püskürməsi nəticəsində yaranan kül İndoneziyanın paytaxtı Cakartaya qədər çatıb. Təbii fəlakət hava əlaqəsinin işinə mənfi təsir göstərib. Cakartada yerləşən ölkənin ən böyük hava limanı olan Sukarno-Hatta təyyarələrin qəbulu və yola salınmasını müvəqqəti olaraq dayandırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ