RU
Buryatiyada itkin düşən turisti ayı parçalayıb
13:20
21

Buryatiyada itkin düşən turisti ayı parçalayıb

Rusiyanın Buryatiya Respublikasında itkin düşən 61 yaşlı kişinin cəsədi bir neçə günlük axtarışdan sonra Barquzinski rayonunda tapılıb.

Bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.

Axtarışlar zamanı xilasedicilər təxminən 400 km sahil xəttini və 50 km-dən çox meşə massivini axtarıblar, lakin turisti ayı parçalayıbmış. Kişini qohumları tapıblar və onun cəsədi polisə təhvil verilib.

Kişi sentyabrın 6-da Svyatoy Nos yaylasına dırmanmaq üçün "Sınaq cığırı" adlanan yol boyunca yürüşə çıxıb. İtkin düşdüyü gün o, səhər tezdən yola düşüb və axşama qayıtmağı planlaşdırıb. Kişi nə telefonunu, nə də ayıları qovmaq üçün olan vasitəni özü ilə götürüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ