RU
Ukrayna Novorossiyskə dron hücumu edib: 4 nəfər ölüb, 29 nəfər yaralanıb
11:30
50

Ukrayna Novorossiyskə dron hücumu edib: 4 nəfər ölüb, 29 nəfər yaralanıb

Ukraynanın Rusiyanın Novorossiysk şəhərinə edilən dron hücumu nəticəsində, biri uşaq olmaqla, dörd nəfər ölüb.

Bu barədə Krasnodar diyarının qubernatoru Venyamin Kondratyev bildirib.

Onun sözlərinə görə, dron hücumu nəticəsində iyirmi doqquz nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır.

Qeyd edək ki, 9 sentyabr gecəsi Ukrayna PUA-larla Krasnodar diyarına kütləvi hücum təşkil edib. Ən böyük ziyan Novorossiyskə dəyib. Şəhərdə üç şəxsi ev və beş mənzilli bina, eləcə də bir pravoslav kilsəsi və bir uşaq bağçası zərər görüb.

Dronların qalıqları Anapada daha üç şəxsi evə və bir uşaq bağçasına ziyan vurub, lakin itki olmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ