7NEWS.az xəbər verir ki, Ipsos UK araşdırma şirkətinin sandıqlar bağlandıqdan sonra açıqladığı exit-poll nəticələrinə görə, İşçi Partiyası 650 yerlik İcmalar Palatasında 410 deputatla iqtidara gəlib. Əvvəlki seçkilərdə 365 mandata malik olan hakim Mühafizəkarlar Partiyasının mandatlarının sayı 131-ə düşüb. İfrat sağçı İslahat Böyük Britaniya Partiyası 13 yer, Liberal Demokrat Partiyası 61, Şotlandiya Milli Partiyası 10, Yaşıllar Partiyası 2 yer qazanıb.
7NEWS.az








