RU
İraqda yanğın nəticəsində həlak olanların sayı daha da artdı: 124 ölü - YENİLƏNİB + VİDEO
22:55
419

İraqda yanğın nəticəsində həlak olanların sayı daha da artdı: 124 ölü - YENİLƏNİB + VİDEO

İraqda COVID xəstəxanasında baş vermiş yanğın zamanı ölənlərin sayı 124-ə çatıb.

Bu barədə TASS "Al-Hadath” telekanalına istinadən məlumat yayıb.

Ölənlərin sayının artacağı istisna edilmir. Hazırda meyitlərin tanınması proseduru aparılır.

 

Faciə ilə bağlı artıq 13 nəfər saxlanılıb.

-----

İraqda hospitalda yanğında ölənlərin sayı 92-yə çatıb.

İraqın Di-Kar əyalətinin Ən-Nasiriyyə şəhərində COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada yanğında ölənlərin sayı daha artıb. Hadisə nəticəsində həyatını itirənlərin sayı 92-yə çatıb. 

Bu barədə İraqın Al-Forat telekanalı Di-Kar əyalətinin səhiyyə idarəsinə istinadən məlumat yayıb. 

 

Qeyd edək ki, pandemiyadan əziyyət çəkənlərin müalicə aldığı "İmam Hüseyn” hospitalında baş verən yanğın oksigen balonu ilə ehtiyatsız davranma nəticəsində baş verib.

----

İraqın cənubundakı Ən-Nasiriyyə şəhərində koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanada baş vermiş güclü yanğın nəticəsində 54 nəfər həlak olub.

Bu barədə "Associated Press” agentliyi məlumat yayıb.

Onlarla xəstənin müxtəlif dərəcəli yanıq xəsarətləri aldığı bildirilib, ölüm sayının artacağı istisna edilməyib.

 

İlkin məlumata əsasən, yanğın qısa qapanma nəticəsində baş verib.  

Digər mənbələrə görə isə yanğın oksigen balonunun partlaması nəticəsində başlayıb.

İraqın Səhiyyə Nazirliyi yanğının səbəblərini rəsmən açıqlamayıb.

01:40

İraqın Nasiriyə şəhərindəki "İmam Hüseyn” COVID xəstəxanasında yanğın baş verib.

Bu barədə xarici KİV məlumat yayıb.

Müxtəlif məlumatlara əsasən, hadisə zamanı ən az 40 nəfər ölüb.

İlkin ehtimallara görə, yanğına səbəb oksigen balonunun partlaması olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ