RU
İsrail parlamenti özünü buraxıb, növbədənkənar seçkilər oktyabrın 27-də keçiriləcək
13:10
32

İsrail parlamenti özünü buraxıb, növbədənkənar seçkilər oktyabrın 27-də keçiriləcək

İsrail parlamenti – Knesset bu gün səhər keçirilən iclasda özünü buraxmaq barədə qərar qəbul edib.

"The Times of Israel"in xəbərinə görə, qərar ikinci və üçüncü oxunuşlarda təsdiqlənib.

Qərarın lehinə 62 deputat səs verib. Əleyhinə çıxan və bitərəf olmayıb.

Səsvermədə iştirak edən Baş nazir Benyamin Netanyahu da parlamentin buraxılmasının lehinə səs verib.

Qəbul edilən qərara əsasən, Knesset iyulun 17-dən fəaliyyətini dayandıraraq tətilə çıxacaq. Parlamentin buraxılması ilə əlaqədar növbədənkənar parlament seçkiləri oktyabrın 27-də keçiriləcək.

Knesset tətil dövründə yalnız xüsusi prosedurlar çərçivəsində fəaliyyət göstərəcək. Zərurət yarandığı halda hökumətin və ya ən azı 25 deputatın tələbi ilə parlamentin plenar iclası çağırıla bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ