RU
İsrail Qüdsdəki Britaniya konsulluğunu bağlayır
15:40
16

İsrail Qüdsdəki Britaniya konsulluğunu bağlayır

İsrail Qüdsdəki Britaniya konsulluğunu bağlamaq qərarına gəlib.

Bunu İsrailin xarici işlər naziri Gideon Saar açıqlayıb.

Onun sözlərinə görə, qərar Böyük Britaniyanın Qərb Şəriyədəki yəhudi yaşayış məntəqələrinə qarşı sanksiyalar tətbiq etməsi ilə bağlıdır.

Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband beynəlxalq hüquqa əsasən qanunsuz hesab edilən Qərb Şəriyədəki yəhudi yaşayış məntəqələri ilə ticarətin qadağan olunacağını açıqlayıb. O bildirib ki, London həmin yaşayış məntəqələrində fəaliyyət göstərən şirkətlərə qarşı tədbirlər görəcək, həmçinin onlarla əlaqəli mal və xidmətlərin reklamını qadağan edəcək.

Miliband qeyd edib ki, İsrailin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həyata keçirilən qanuni ticarətə məhdudiyyət tətbiq olunmayacaq.

Gideon Saar isə Britaniya hökumətinin tətbiq etdiyi məhdudiyyətləri və İsrailə qarşı ritorikanı qərəzli və birtərəfli adlandırıb. Nazir bu siyasətin Britaniyada yəhudilərə qarşı antisemit hücumların görünməmiş səviyyədə artmasına ciddi təsir göstərdiyini iddia edib.

Saar, həmçinin Londonun tətbiq etdiyi tədbirlərin oktyabrın sonunda İsraildə keçiriləcək seçkilərə müdaxilə xarakteri daşıdığını bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ