İranla davam edən hərbi gərginliklər fonunda İsrail Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) "Dəmir günbəz" hava hücumundan müdafiə sistemlərinin batareyalarını verib.
7News.Az "Associated Press"ə istinadən bildirir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının İsraildəki səfiri Mayk Hakabi açıqlama verib.
Onun sözlərinə görə, İsrail həmin qurğulara texniki xidmət göstərəcək mütəxəssis heyətini BƏƏ-yə yollayıb.








