AYAL "Gənc Fəallar və Liderlər Alyansı” İctimai Birliyi tərəfdaş qurumlarla birgə Qurban bayramı münasibətilə yardım kampaniyasında iştirak edib
AYAL "Gənc Fəallar və Liderlər Alyansı” İctimai Birliyi 2025-ci ilin iyun ayında Qurban bayramı münasibətilə həyata keçirilən xeyriyyə və yardım kampaniyasına qoşulub.
Kampaniya UofG Azerbaijan-ın təşəbbüsü ilə Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), University of York, LAYF, Azerbaijan–UK Alumni Association (AUKAA) və AYAL-ın birgə iştirakı ilə təşkil olunub.
Təşəbbüsün əsas məqsədi bayram günlərində aztəminatlı ailələrə dəstək olmaq, onların bayram sevincinə şərik çıxmaq və cəmiyyətdə həmrəylik, qayğı və sosial məsuliyyət dəyərlərini gücləndirmək olub.
Kampaniya həmçinin xaricdə təhsil almış gənc peşəkarları, məzun birliklərini və gənclər təşkilatlarını ümumi sosial məqsəd ətrafında birləşdirən əməkdaşlıq nümunəsi olub.
Təşkilatçılar kampaniyanın həyata keçirilməsinə töhfə verən hər kəsə təşəkkürlərini bildiriblər. AYAL könüllülük və xeyriyyə təşəbbüslərində fəal iştirakını bundan sonra da davam etdirəcək.









