RU
Keçmiş hərbçi itlərin hücumu nəticəsində həlak olub
14:50
23

Keçmiş hərbçi itlərin hücumu nəticəsində həlak olub

7News.az xəbər verir ki, ABŞ-ın Corciya ştatında keçmiş hərbçi və üç övlad anası olan 36 yaşlı Allison Linn Anderson it sürüsünün hücumu nəticəsində həyatını itirib. Onun cəsədi baxımsız bir evin həyətində aşkar edilib. Məlum olub ki, o, qızının hamilə olduğundan xəbər tutmadan dünyasını dəyişib. Hücumda iştirak etdiyi ehtimal olunan itlər nəzarətə götürülüb. Hazırda səlahiyyətli orqanlar DNT analizinin nəticələrini gözləyirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ