RU
Kim Çen Indan göstəriş: Hər il iki esmines hazırlanacaq
11:00
32

Kim Çen Indan göstəriş: Hər il iki esmines hazırlanacaq

Şimali Koreya lideri Kim Çen In "Çve Hön" esminesinin KXDR Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi mərasiminə qatılaraq, qarşıdakı beş il ərzində hər il bu və ya daha üstün sinfə aid iki hazırlanması barədə göstəriş verib.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Kim Çen In qeyd edib ki, yeni beşillik çərçivəsində hər il 10 min ton subasımı olan kreyserlər də daxil olmaqla, "Çve Hön" sinfinə aid və ya daha böyük iki suüstü gəminin yaradılması zəruridir. Dövlət başçısı, eyni zamanda, donanmanın döyüş potensialının gücləndirilməsi, o cümlədən müşayiət və xüsusi təyinatlı gəmilərin istehsalı, habelə sualtı silah sistemlərinin layihələndirilməsi ilə bağlı bütün planların həyata keçirilməsinin əhəmiyyətini önə çəkib.

Bununla yanaşı, Kim Çen In Koreya Fəhlə Partiyasının rəhbərliyinin keçirdiyi plenar iclasda Şimali Koreya donanması üçün yeni hərbi dəniz bazalarının qurulması barədə qərarın qəbul edildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, "Çve Hön" gəmisi ötən il suya buraxılma zamanı zərər görmüş və bununla əlaqədar üç şəxs həbs olunmuşdu.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ