Lökbatandakı yanğının söndürülməsinə FHN-in helikopteri cəlb olunub - VİDEO - YENİLƏNİB 3
Lökbatandakı yanğının söndürülməsinə FHN-in helikopteri cəlb olunub - VİDEO - YENİLƏNİB 3
12 may 2026 08:00 (UTC +04:00)
Lökbatan qəsəbəsində yerləşən "Bakı Logistika”ya məxsus anbarda baş verən yanğınla mübarizə davam edir. Əraziyə cəlb olunmuş qüvvələr yanğını söndürmək üçün lazımı tədbirlər görür.
APA-nın əraziyə cəlb olunmuş əməkdaşı xəbər verir ki, əraziyə cəlb olunmuş qüvvələr yanğınla mübarizəni davam etdirir. Yanğının söndürülməsinə FHN-in helikopteri cəlb olunub.
İlkin məlumata görə hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur.