RU
Londonda yəhudi icmasına hücum: Üç nəfər yaralandı
10:20
25

Londonda yəhudi icmasına hücum: Üç nəfər yaralandı

Londonun şimalında yəhudi icmasının nümayəndələrinə hücum edilib, nəticədə üç nəfər yüngül xəsarət alıb.

Bu barədə "Skotland-Yard" məlumat yayıb.

Məlumata görə, mayın 9-na keçən gecə polisə Enfild rayonunun Sautberi-roud küçəsində bir kişinin yəhudi icmasının üzvlərini təqib etməsi, hədələməsi və onlara hücum etməsi barədə məlumat daxil olub.

30 yaşdan yuxarı bir kişi saxlanılıb və ona qarşı ittiham irəli sürülüb.

Hadisə nəticəsində 58 və 26 yaşlı iki kişi, həmçinin 53 yaşlı qadın xəsarət alıb. Bildirilib ki, onların əlavə tibbi yardıma ehtiyacı olmayıb.

Polis saxlanılan şəxsin Londonun Hornçerç bölgəsində yaşayan 34 yaşlı Dilan Ossey olduğunu açıqlayıb.

Ona qarşı nifrət zəminində hücum, təhdid və təhqiramiz davranış da daxil olmaqla beş maddə üzrə ittiham irəli sürülüb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ