lombard

Məğlubedilməz boksçu qadının boğazından yapışaraq oyun zalından çıxardı - VİDEO

Məğlubedilməz boksçu qadının boğazından yapışaraq oyun zalından çıxardı - VİDEO

Xeyriyyə məqsədli basketbol oyunu zamanı amerikalı boksçu Cervonta Devis qalmaqala cəlb olunub.

TMZ-nin yazdığına görə, o, rəfiqəsinin boğazından yapışaraq, onu rinqdən bayıra çıxarıb.

Bununla bağlı sosial şəbəkələrdə video yayımlanıb.

Şahidlərin sözlərinə görə, Devis və yoldaşı dava edərək, bir-birinin üstünə qışqırıblar, sonra boksçu qızı zorla zaldan çıxarıb.

Sonradan idmançı "Instagram” hesabında hadisə ilə bağlı şərh verib. O, özünü aqressiv apardığını etiraf edib, bununla belə, qadını döymədiyini vurğulayıb.

"O, mənim uşağımın anasıdır”, - deyə o bildirib.

Qeyd edək ki, 25 yaşlı amerikalı "WBA Regular” versiyasına görə, yüngül çəkidə dünya çempionu tituluna malikdir. O, 23 mübarizədən 23 qələbə ilə ayrılıb, buna görə məğlubedilməz çempion adını daşıyır.

 

7News.Az

Xəbər lenti