RU
lombard
Millimizin futbolçusunun bərbəri ermənidir
17:40
387

Millimizin futbolçusunun bərbəri ermənidir

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun Almaniyadakı bərbəri ermənidi.

7News.Az matc.az-a istinadən xəbər verir ki, bu barədə blick.de saytı məlumat yayıb.

Bildirilir ki, "Aue" klubunun yarımmüdafiəçisi həmin şəhərdə biznesə başlayan erməni Ovik Manukyanın ilk tanınmış müştərisi olub. Bunu bərbər özü də açıqlamasında söyəyib. O bildirib ki, iş qurmaq üçün üç ay yarım əziyyət çəkib və bərbərxananı açdıqdan cəmi iki gündən sonra ilk məşhur qonağını - "Aue"nin oyunçusu Dmitri Nazarovu qarşılayıb.

Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinin formasını geyinir.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ