Missisipidə 152 ildən sonra ilk qaradərili senator seçilib.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, "Associated Press” (AP) agentliyinin açıqladığı qeyri-rəsmi nəticələrə əsasən, demokrat Skott Kolom Missisipi ştatından senator seçilib.
Kolom 1874-cü ildən bəri bu ştatdan ABŞ Senatına seçilən ilk qaradərili şəxs olub.
Missisipidə nəticələrin açıqlanmasından sonra noyabrın 3-də keçirilən aralıq seçkilərdə demokratlar 55, respublikaçılar isə 44 yer qazanıblar.
Alyaska ştatında Senat mandatı uğrunda mübarizənin qalibi isə hələ müəyyənləşməyib.
7News.Az








