7News.az xəbər verir ki, Cənub-Şərqi Asiyada dənizə çıxışı olmayan Laosun Xiangkhoang yaylasında sirr olaraq qalan nəhəng daş kublardan birində qazıntılar aparılıb. Araşdırmalar zamanı məlum olub ki, bu abidələrdə qədim dövrlərdə yüz illər boyu ailə qəbiristanlığı kimi istifadə edilən çoxmərhələli dəfn mərasimləri olub.








