Türkiyəli məşhur sənətçi İbrahim Tatlıses yenidən ailə qalmaqalı ilə gündəmə gəlib. Bu dəfə sənətçinin nəvəsi Baran Tatlıses hüquqi müstəvidə addım atmağa hazırlaşdığını açıqlayıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, Tatlıses ailəsində gərginlik son günlər daha da böyüyüb. Tərəflər arasında uzun müddətdir davam edən narazılıq artıq məhkəmə mərhələsinə keçib.
Müğənninin nəvəsi Baran Tatlıses miras üzündən babası tərəfindən təhdid olunduğunu bildirib. "Məsələ getdikcə böyüyür. Babam olan adam məni anam və bacımla təhdid edir. Onunla məhkəmə salonlarında danışacağıq”, - nəvə Tatlıses belə deyib.
Xatırladaq ki, Tatlıses ailəsində daha əvvəl də bir neçə hüquqi qarşıdurma yaşanıb.
Müğənninin həm övladları, həm də nəvələri ilə bağlı məhkəmə işləri və qarşılıqlı ittihamlar Türkiyə mediasında geniş müzakirə olunmuşdu.








