RU
lombard
Olimpiya çempionumuz koronavirusla mübarizəyə pul ayırdı - FOTO
14:31
187

Olimpiya çempionumuz koronavirusla mübarizəyə pul ayırdı - FOTO

Bütün dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizəyə görə bəzi ölkələrdə ianə fondları yaradılıb. Azərbaycan da belə ölkələrdən biridir.

Martın 19-da Prezident İlham Əliyevin fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

7News.Az xəbər verir ki, koronavirusla mübarizəyə idman ictimaiyyəti də biganə qalmayıb.

Belə ki, cüdo üzrə Olimpiya və ikiqat Avropa çempionu, Dövlət Təhlükəsizliyi Xidmətinin zabiti Elnur Məmmədli Koronavirusla Mübarizəyə Dəstək Fonduna min manat pul köçürüb.

 

Qeyd edək ki, daha əvvəl "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov (20 min manat) və "Neftçi”nin idman direktoru Ceyhun Sultanov (1000 manat) Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürüb. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ