RU
lombard
Qanunsuz silah gəzdirən şəxs salanıldı
10:55
273

Qanunsuz silah gəzdirən şəxs salanıldı



7NEWS.az xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Ziya Həsənov saxlanılaraq RPŞ-ə gətirilib. 

Şöbədə şübhəli şəxsin üzərindən 1 ədəd atəşə yararlı "revolver” tipli tapança və 14 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb. Bundan başqa saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində yaşadığı evin zirzəmisindən 440 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub. 

Bundan başqa polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində üzərindən narkotik vasitə olan metamfetamin aşkar edilən Cəmil Abbasovun rayon ərazisində 3 oğurluq hadisəsi törətməsini müəyyən edib. Rayon sakininə məxsus avtomobildən 320 manat dəyərində oğurluq edən şübhəli şəxs daha sonra metal qəbulu məntəqlərindən oğurladığı ümumi dəyəri 600 manat olan əlvan metalı elə həmin məntəqələrə satıb. 

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ