Quba-Qusar yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə mayın 21-də gecə, təxminən saat 2 radələrində qeydə alınıb.
Quba şəhər sakini X.Daşdəmirovun idarə etdiyi "Mercedes" markalı avtomobil Xucbala kəndi ərazisindən idarəetmədən çıxaraq yol kənarına aşıb. Hadisə nəticəsində ölən olmayıb. İki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.








