Ronaldu Litvada poker etdi – VİDEO

Ronaldu Litvada poker etdi – VİDEO

Litva yığması futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində öz meydanında Portuqaliya millisinə böyük hesabla məğlub olub – 5:1.

7News.Az xəbər verir ki, qollardan 4-nü "Yuventus”un hücumçusu Kriştianu Ronaldu vurub. 

34 yaşlı portuqaliyalının ikinci qolu gözlənilməz alınıb: hücumçunun qeyri dəqiq vuruşundan sonra top qolkiperin başından rikoşet edərək qapıdan keçib.

Ronaldu Portuqaliya millisinin heyətində 160-cı oyununu keçirib və 93 qola imza atıb. Ona iranlı Əli Dainin dünya rekorduna çatmağa 16 top qalıb.

 

7News.Az

Xəbər lenti