Şəmkirdə manqal yandırarkən ehtiyatsız davranan kənd sakini yanaraq ölüb.
Hadisə mayın 3-də baş verib.
Belə ki, F. Məmmədov manqal yandırarkən benzin ilə ehtiyatsız davrandığından yanıq xəsarətləri alıb.
O, ötən gün yerləşdirildiyi xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
APA








