Şəmkirdə gənc oğlanı qatar vurub.
7News.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Böyük Kəsik-Gürcüstan dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, rayonun Sabirkənd kənd sakini, 2004-cü il təvəllüdlü R. Vəliyevi dəmir yolu xəttini keçərkən qatar vurub.
Gənc aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.








