Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Şəmkir şəhərinin Səməd Vurğun küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ 21014", "Opel" və "Mercedes" markalı minik maşınları toqquşub.
Avtomobillərdən biri yol kənarındakı maneəyə, ikisi isə ağaca çırpılıb.
Nəticədə xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.









