RU
lombard
Şirvanda tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayır
16:40
602

Şirvanda tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Şirvan şəhəri ərazisində qətl törətməkdə təqsirləndirilən Xəyyam Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

7NEWS.Az-in xəbərinə görə, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nizami Quliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, bu il iyun ayının 18-i saat 18 radələrində Şirvan şəhəri ərazisində 1981-ci il təvəllüdlü Fəxrəddin Babayevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla 1991-ci il təvəllüdlü X.Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı F.Babayevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra X.Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ