7NEWS.az xəbər verir ki, İstanbulun Ümraniye şəhərində qriplə bağlı tibb mərkəzinə müraciət edən 28 yaşlı qadın damardan sistem vurulduqdan sonra vəziyyəti pisləşib. O, təcili yardımla dövlət xəstəxanasına aparılıb, bir ay reanimasiyada qalıb və ölüb. Sistem tətbiq edən şəxsin həkim deyil, laborant olduğu müəyyən edilib.