7News.az xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqdə şiddətli partlayış çaxnaşmaya səbəb olub. Naməlum səbəbdən boş avtobusda baş verən partlayışda 5 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib. Partlayışdan sonra yararsız hala düşən avtobus və ondan sonra yaranan hay-küy ətrafdakıların cib telefonu kameralarına düşüb.








