RU
Prezident İlham Əliyev Şuşada TDT-nin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edir - YENİLƏNİB
12:06
110

Prezident İlham Əliyev Şuşada TDT-nin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edir - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxış edir.


12:04
Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü başlayıb.

Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

Prezident İlham Əliyev tədbirdə iştirak edən TDT-nin dövlət və hökumət başçılarını qarşılayıb.

Azərbaycan liderinin təşəbbüsü ilə təşkil olunan sammitdə TDT-nin Baş katibi Kubanıçbek Omuraliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Macarıstanın Baş Naziri Viktor Orban iştirak edirlər.
 
 
 
 

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ