RU
Taliban uşaq evliliyinə icazə verdi: Susmaq razılıq deməkdir
15:20
23

Taliban uşaq evliliyinə icazə verdi: Susmaq razılıq deməkdir


7News.az xəbər verir ki, boşanma proseslərini tənzimləyən yeni Taliban fərmanı yetkinlik yaşına çatmamış ərə verilmiş qızların ayrılması şərtlərini müəyyən edir və beləliklə, uşaq nikahlarını təsdiqləyir. Fərmanın 5-ci maddəsində deyilir ki, "Yetkinlik yaşına çatmayan qız yetkinlik yaşına çatdıqda qohumu tərəfindən bağlanmış nikahı pozmaq hüququna malikdir”. Qaydaya əsasən, qızın yetkinlik yaşına çatdıqdan sonra evliliyə etiraz etməməsi razılıq sayılacaq. Taliban sözçüsü Zabihullah Mücahid qızların evlənməkdən utanmağı və səssizliyin İslam qanunlarında razılıq demək olduğunu müdafiə etdi. Mücahid həmçinin ata və ya baba tərəfindən edilən uşaq nikahlarının etibarlı sayıldığını təsdiqləyib. UNICEF-in məlumatına görə, əfqan qızların təxminən üçdə biri 18 yaşından əvvəl ərə verilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ