RU
17:40
254

"Toydan gələndə pulun 70 faizini özünə götürür" - Rəmiş arvadından gileyləndi

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) ATV telekanalında yayımlanan "Bağ mövsümü” proqramının qonağı olub. 

7News.Az xəbər verir ki, gitara ifaçısı həyat yoldaşından danışan zaman verilişin digər qonağı - millət vəkili, yazıçı Aqil Abbas ona müdaxilə edib.

"Mən səmimi deyirəm, Güllü olmasaydı, Rəmiş çoxdan ölmüşdü. O, ona təkcə həyat yoldaşı deyil, həm anasıdır, həm bacısıdır, həm qardaşıdır”, - deyə Aqil Abbas bildirib. 

Buna baxmayaraq, Rəmiş həyat yoldaşından gileylənməyi unutmayıb: 

"O mənim üçün arvad deyil, başqa aləmdir. Toydan gələndə pulun 30%-ni mənə verir, 70%-ni özünə götürür, bu hərəkətinə görə narazıyam ondan. Aqil müəllimə demişəm, ona bir tapşırıq versin”. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ