RU
Toylarında taxılan qızıllar gündəm oldu:
12:40
17

Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da saxlanıldı

Türkiyədə sosial şəbəkələrdə "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalanla bağlı məhkəmə prosesi dərinləşir. Onun həyat yoldaşı Çağla Öz davam edən istintaq çərçivəsində saxlanılıb.

Bu barədə 7News.Az "Haber Global"a istinadən məlumat verir.

Məlumata görə, Mehmet Fatih Tançalanın həbsindən sonra arvadı Çağla Öz də nəzarət altına alınıb və ifadə verməsi üçün polis idarəsinə aparılıb.

Xatırladaq ki, Türkiyədə sosial şəbəkələrdə "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalan barəsində sosial media paylaşımlarına görə Van Baş Prokurorluğu tərəfindən Türkiyə Cinayət Məcəlləsinin (TCK) 301-ci maddəsi ilə istintaq başlanıb. Tançalana məxsus olduğu iddia edilən sosial media paylaşımlarında türk millətinin, Türkiyə dövlətinin, dövlət qurumları və orqanlarının təhqir edildiyi iddia olunur. Həmçinin onun toyunda hədiyyə olaraq taxılan külli miqdarda 44 milyon Türkiyə lirəsi dəyərində qızılların mənbəyi ilə bağlı da araşdırmaya başlanılıb.

Daha sonra "Vanlı Kara Haydar" cinayət yolu ilə əldə edilən aktivlərin yuyulması ittihamı ilə həbs edilib.

Hadisədən sonra Çağla Öz 1.5 milyon izləyicisi olan sosial media hesabını bağlamışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ