“Trabzonspor”un rusiyalı qapıçısının səhvi azarkeşləri güldürdü – VİDEO

“Trabzonspor”un rusiyalı qapıçısının səhvi azarkeşləri güldürdü – VİDEO

"Qazişehir Qaziantep” klubunun qapıçısı Yuri Lodıqin "Trabzonspor”a qarşı oyunda kobud səhvə yol verib.

Epizodun videosunu idman şərhçisi Elvin Kərimov "Twitter” səhifəsində yayımlayıb.

Oyunun 14-cü dəqiqəsində "Trabzonspor”un norveçli hücumçusu Aleksander Sörlot ötürmə alaraq Lodıqinlə üzbəüz qalıb. Qapıçı gözlənilmədən tullanaraq topdan yan keçib və Sörlot boş qapıya qol vurub.

Oyun "Trabzonspor”un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra azarkeşlər qapıçının hərəkətini qülüş atəşinə tutublar. 

 

7News.Az

Xəbər lenti