RU
Trampın “Qızıl Kart” layihəsi çökdü
15:20
24

Trampın “Qızıl Kart” layihəsi çökdü

7NEWS.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın varlı əcnəbilər üçün başlatdığı "Tramp Gold Card” proqramı gözlənilən marağı çəkə bilməyib. ABŞ-da sürətli rezidentura təmin edən proqrama birinci ildə cəmi 338 nəfər müraciət edib. 1 milyon ABŞ dolları ərizə haqqı və 15.000 ABŞ dolları əməliyyat haqqı tələb olunsa da, cəmi 165 nəfər ödəniş edib. Tramp administrasiyası indi 2 milyon dollarlıq korporativ kart və 5 milyon dollarlıq "platin kart” variantlarını təqdim etməyə hazırlaşır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ