Türkiyə klubu Almaniyada sensasiyalı qələbə qazanaraq Avropa Liqasının 1/16 finalına çıxdı – VİDEO

Türkiyə klubu Almaniyada sensasiyalı qələbə qazanaraq Avropa Liqasının 1/16 finalına çıxdı – VİDEO

Avropa Liqasında qrup mərhələsinin sonuncu turunda "İstanbul Başakşehir” səfərdə "Borussiya Münhenqladbax”ın qonağı olub.

7News.Az xəbər verir ki, pley-off mərhələsinə vəsiqə qazanmaq üçün Türkiyə təmsilçisinə mütləq qələbə qazanmaq lazım idi, almaniyalılara isə heç-heçə də yetərliydi.  

"Borussiya”nın hücumçusu Marko Türam 33-cü dəqiqədə hesabı açıb. "İstanbul Başakşehir” oyunçusu İrfan Can Kahveci taymın sonunda bərabərlik qolunu vurub. İkinci hissənin son dəqiqəsində Entso Krivellinin qolu isə Türkiyə klubuna qələbə qazandırıb.

Beləliklə, "İstanbul Başakşehir” 10 xal toplayaraq qrupda birinci yeri tutub, "Borussiya” isə Avropa Liqasında çıxışını dayandırıb.

 

 
7News.Az

Xəbər lenti