Türkiyədə 10 uşağı olan ailəyə maşın hədiyyə ediləcək
Türkiyənin Ordu şəhərində demoqrafik artımı təşviq etmək məqsədilə diqqətçəkən qərar qəbul edilib.
Kumru rayon bələdiyyə sədri Yusuf Yalçuva açıqlayıb ki, 10 uşağı olan ailəyə Türkiyənin yerli elektromobili olan "Togg” markalı avtomobil hədiyyə ediləcək.
Bələdiyyə başçısının sözlərinə görə, 8 uşaqlı ailələr üçün iş imkanları da yaradılacaq. Bundan əlavə, ailədə üçüncü uşaqdan sonra dünyaya gələn hər bir uşağa görə 50 min lirə (təxminən 2200 azn) maddi dəstək veriləcək.