RU
Türkiyədə terrorçuluğun maliyyələşdirilməsinə qarşı əməliyyat keçirildi
12:10
17

Türkiyədə terrorçuluğun maliyyələşdirilməsinə qarşı əməliyyat keçirildi

Türkiyənin İstanbul şəhərində Terrorla Mübarizə Şöbəsi terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı araşdırma çərçivəsində əməliyyat keçirib.

"Haber7"nin məlumatına görə, Maliyyə Cinayətləri Araşdırma Şurasının (MASAK) təqdim etdiyi hesabat əsasında aparılan araşdırma zamanı döyüş bölgələri ilə əlaqəli şəxslərlə münasibətdə olduğu ehtimal edilən şübhəlilər müəyyənləşdirilib.

Araşdırma nəticəsində şübhəlilərin İŞİD və digər terror təşkilatları ilə əlaqəsinə görə barələrində hüquqi tədbirlər görülən şəxslərlə pul köçürmələri həyata keçirdiyi müəyyən edilib.

Sentyabrın 8-də polis əməkdaşları müəyyənləşdirilən ünvanlara eyni vaxtda əməliyyat keçirib. Əməliyyat zamanı 9 şübhəli saxlanılaraq polis idarəsinə aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ