RU
Ukrayna Rusiyada aeronaviqasiya binasına dron zərbəsi endirib, 13 aeroportun fəaliyyəti dayandırılıb
12:40
27

Ukrayna Rusiyada aeronaviqasiya binasına dron zərbəsi endirib, 13 aeroportun fəaliyyəti dayandırılıb

Ukrayna ordusu "Cənubi Rusiya Aeronaviqasiyası” filialının inzibati binasına dron zərbəsi endirib.

Bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Hücum nəticəsində Rusiyanın cənubunda 13 hava limanının fəaliyyəti dayandırılıb.

"Həştərxan, Vladikavkaz, Volqoqrad, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista aeroportlarının fəaliyyəti müvəqqəti dayandırılıb”, - məlumatda deyilir.

Bildirilib ki, hazırda mütəxəssislər avadanlıqların işlək vəziyyətini qiymətləndirir və uçuş cədvəllərində düzəlişlər aparırlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ