RU
lombard
Ukraynalı müdafiəçi Türkiyədə 40 metrdən qol vurdu – VİDEO
11:30
212

Ukraynalı müdafiəçi Türkiyədə 40 metrdən qol vurdu – VİDEO

"Çaykur Rizespor”un və Ukrayna millisinin müdafiəçisi Nikolay Morozyuk Türkiyədə ilk qolunu vurub. 
 
UNİAN xəbər verir ki, Türkiyə Kubokunun 1/16 final qarşılaşmasında "Çaykur Rizespor” və "Samsunspor” üz-üzə gəlib. 
 
Rize təmsilçisinin kapitanı olan Morozyuk 18-ci dəqiqədə gözəl zərbə ilə hesabı açıb. Qapıdan təxminən 40 metr məsafədən vurulan cərimə zərbəsi həm qapıçı, həm də oyunçular üçün gözlənilməz olub. Ukraynalı əslində hava ötürməsi etmək niyyətində olub, lakin top hamıdan yan keçərək qapı küncünə yönəlib.
Bu qarşılaşmada "Rizespor” 3:2 hesabı ilə qələbə qazanıb. Cavab görüşü dekabrın 17-də oynanılacaq. 
 
31 yaşlı Morozyuk "Çaykur Rizespor”a Kiyev "Dinamo”sundan bu il transfer olunub və artıq 27 oyun keçirib. Qoldan əlavə o 2 uğurlu ötürmə ilə yadda qalıb. 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ