Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan "Hyundai” markalı avtomobil qarşıdan gələn "VAZ-2106” markalı maşınla toqquşub.
Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər hadisə yerində həyatını itirib, 1 nəfər isə ağır xəsarət alıb. Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub.
Qəzada Mehtiyev Faiq Xanqulu oğlu, Qəhrəmanov Saday Yaqub oğlu, Novruzov Ruslan Ramil oğlu və Abbasov İsmayıl Abdulla oğlu ölüb.
Bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ölən şəxslərin hərbçi olduqları bildirilir.








