Xokkey oyunu zamanı əlbəyaxa dava düşdü - VİDEO

Xokkey oyunu zamanı əlbəyaxa dava düşdü - VİDEO

ABŞ-ın Milli Xokkey Liqasında "Nyu-York Aylenders” – "Kolambus Blu Djekets” (2:0) komandalarının görüşündə azarkeşlərin iştirakı ilə kütləvi dava olub. 

Görüntülər "Twitter”də yayımlanıb. 

Qarşılıqlı yumruq zərbələrindən sonra fanatlar öz tribunalarına çəkilərək qarşılaşmaya baxmağa davam ediblər. 

Qeyd edək ki, ABŞ Milli Xokkey Liqası 1917-ci ildə təsis edilib. 31 komandanın mübarizə apardığı buzüstü xokkey liqasının ən titullu klubu 31 dəfə çempionluğu bayram etmiş "Monreal Kanadiens” klubudur.

 

7News.Az

Xəbər lenti