RU
lombard
Xudatda
22:10
580

Xudatda "patı" satanlar tutuldu

Xudatda narkotik vasitələrə qarşı silsilə əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan 7NEWS.Az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlanması, daşıması və satmasında şübhəli bilinən Xudat şəhər sakinləri Fərman Şahmuradov və Rüstəm Seyidov saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış zaman xeyli miqdarda narkotik vasitə olan heroin və "patı”, "şüşə” adlanan psixotrop maddə metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı istintaq aparılır.
 
7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ