Yunanıstanda Qərbi Nil virusuna yoluxma hallarının sayı artmaqda davam edir.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatının (EODY) məlumatına görə, ilin əvvəlindən sentyabrın 9-dək ölkədə virusla bağlı 324 yerli yoluxma halı qeydə alınıb.
Bildirilib ki, son bir həftə ərzində 34 yeni yerli yoluxma aşkarlanıb.
Məlumata görə, yoluxanların 217-də ensefalit, meningit və ya kəskin boş iflic kimi ağır nevroloji əlamətlər müşahidə olunub. Digər 107 nəfərdə isə daha yüngül simptomlar qeydə alınıb.
Qeyd edilib ki, virus səbəbindən 65 yaşdan yuxarı 30 nəfər həyatını itirib.
7News.Az








